...

"İslam dövləti" yaraqlıları Türkiyə ilə sərhəddə səngərlər qazırlar

Siyasət Materials 8 Oktyabr 2014 10:07 (UTC +04:00)
"İslam dövləti" (İD) yaraqlıları Türkiyə tərəfindən mümkün yerüstü əməliyyatlara qarşı mübarizə aparmaq üçün bu ölkə ilə sərhəddə səngərlər qazırlar.
"İslam dövləti" yaraqlıları Türkiyə ilə sərhəddə səngərlər qazırlar

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

"İslam dövləti" (İD) yaraqlıları Türkiyə tərəfindən mümkün yerüstü əməliyyatlara qarşı mübarizə aparmaq üçün bu ölkə ilə sərhəddə səngərlər qazırlar. Trend xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyənin "Milliyyət" qəzeti məlumat yayıb.

Yaraqlılar şənbə günü Türkiyə hərbi texnikasının Suriya ilə sərhədə göndərilməsindən sonra səngərlər qazmağa başlayıblar.

Dünən Baş nazir Əhməd Davudoğlu bəyan edib ki, Türkiyə Suriyada "İslam Dövləti" yaraqlılarına qarşı yerüstü əməliyyatlarda yalnız bir şərtlə iştirak edəcək ki, bu ölkə üzərində hava məkanı uçuşsuz zona elan edilsin.

Qeyd edək ki, Türkiyənin 6 əyalətində oktyabrın 8-dən komendant saatı elan edilib. Komendant saatı Diyarbəkir, Mardin, Siirt, Muş, Van və Batman əyalətində tətbiq edilib.

Məhz bu bölgələrdə etirazlar və iğtişaşlar daha geniş vüsət alıb. Baş vermiş iğtişaşlar zamanı 15 nəfər ölüb. Etirazçılar mağazalara və bələdiyyə əmlakına ciddi zərər vurur, polis əməkdaşlarını daş-qalaq edirlər. Onlar həmçinin yandırıcı maye ilə doldurulmuş şüşə qablarından istifadə edərək bina və obyektlərə, avtomobillərə od vururlar.

Etiraz aksiyalarında əsasən yerli kürdlər, kürdyönümlü partiyaların və PKK-nın tərəfdarları iştirak edirlər. Suriyanın Kobani şəhəri ətrafında yaranmış vəziyyətin iğtişaşlara əsas səbəb olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti