...

Türkiyənin bəzi vilayətlərində komendant saatı ləğv edilib

Siyasət Materials 9 Oktyabr 2014 14:46 (UTC +04:00)
Türkiyənin bəzi vilayətlərində komendant saatı ləğv edilib
Türkiyənin bəzi vilayətlərində komendant saatı ləğv edilib

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Batman, Siirt və Mardin vilayətlərində komendant saatı ləğv edilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verib.

Məlumata əsasən, Diyarbəkirdə isə komendant saatı bu gün axşam saatlarında ləğv ediləcək.

Qeyd edək ki, ölkənin 6 əyalətində oktyabrın 8-dən komendant saatı elan edilmişdi. Komendant saatı Diyarbakır, Mardin, Siirt, Muş, Van və Batman əyalətində tətbiq edilib.

Məhz bu bölgələrdə etirazlar və iğtişaşlar daha geniş vüsət alıb. Etirazçılar mağazalara və bələdiyyə əmlakına ciddi zərər vurub, polis əməkdaşlarını daş-qalaq edib. Etirazçılar həmçinin yandırıcı maye ilə doldurulmuş şüşə qablarından istifadə edərək bina və obyektlərə, avtomobillərə od vurublar

Etiraz aksiyalarında əsasən yerli kürdlər, kürdyönümlü partiyaların və PKK-nın tərəfdarları iştirak edirlər. Suriyanın Kobani şəhəri ətrafında yaranmış vəziyyətin iğtişaşlara əsas səbəb olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti