...

Türkiyədə etiraz aksiyalarında ölənlərin sayı 32 nəfərə çatıb

Siyasət Materials 10 Oktyabr 2014 10:03 (UTC +04:00)
Türkiyədə PKK terror təşkilatı tərəfdarı ilə kürdlərdən ibarət olan İslamçı HÜDAPAR (Hür Dava Partiyası) tərəfdarları arasında baş verən toqquşmalarda ölənlərin sayı 32 nəfərə çatıb.
Türkiyədə etiraz aksiyalarında ölənlərin sayı 32 nəfərə çatıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə PKK terror təşkilatı tərəfdarı ilə kürdlərdən ibarət olan İslamçı HÜDAPAR (Hür Dava Partiyası) tərəfdarları arasında baş verən toqquşmalarda ölənlərin sayı 32 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Kanal7" telekanlı məlumat verib.

Məlumata əsasən, dünən gecə saatlarında baş verən toqquşmalarda 10 nəfər ölüb. Ölənlərdən ikisinin Səudiyyə Ərəbistanı vətəndaşı olduğu bildirilir.

Qeyd edək ki, Türkiyənin 6 əyalətində PKK tərəfdarlarının başlatdığı etiraz aksiyalarından sonra - oktyabrın 8-dən komendant saatı elan edilmişdi. Komendant saatı Diyarbəkir, Mardin, Siirt, Muş, Van və Batman əyalətində tətbiq edilib.

Məhz bu bölgələrdə etirazlar və iğtişaşlar daha geniş vüsət alıb. Etirazçılar mağazalara və bələdiyyə əmlakına ciddi zərər vurub, polis əməkdaşlarını daş-qalaq edib. Etirazçılar həmçinin yandırıcı maye ilə doldurulmuş şüşə qablarından istifadə edərək bina və obyektlərə, avtomobillərə od vurublar.

Etiraz aksiyalarında əsasən yerli kürdlər, kürdyönümlü partiyaların və PKK-nın tərəfdarları iştirak edirlər. PKK tərəfdarlarının keçirdiyi etiraz aksiyalarını əleyhinə olaraq kürdlərdən ibarət islamçı HÜDAPAR (Hür Dava Partiyası) tərəfdarları da etiraz aksiyalarına başlayıblar. Suriyanın Kobani şəhəri ətrafında yaranmış vəziyyətin iğtişaşlara əsas səbəb olduğu bildirilir.

Türkiyə rəsmiləri toqquşmaların Kobani ilə deyil, 2009-cu ildə başladılan kürdlərlə barışığı nəzərdə tutan "Demokratik açılım" prosesinin baş tutmaması üçün edildiyini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti