...

Kobanidə kürd qoşunları arasında silahlı qarşıdurma başlayıb

Siyasət Materials 21 Oktyabr 2014 14:28 (UTC +04:00)
Suriyanın Kobani şəhərində "İslam Dövləti" terror təşkilatının silahlılarına qarşı mübarizə aparan kürd qruplaşmaları arasında silahlı qarşıdurma başlayıb.
Kobanidə kürd qoşunları arasında silahlı qarşıdurma başlayıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Suriyanın Kobani şəhərində "İslam Dövləti" terror təşkilatının silahlılarına qarşı mübarizə aparan kürd qruplaşmaları arasında silahlı qarşıdurma başlayıb.

Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata görə, hazırda Kürd Fəhlə Partiyasının (PKK) Suriya qanadının nümayəndələri və İraqdan olan kürd xüsusi təyinatlı ordu hissələrinin silahlıları (Peşmərgə) arasında silahlı qarşıdurma yaranıb.

Qarşıdurma Kobaninin kürd yığma qoşunları arasında silahların paylanılması zamanı yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti