...

Azərbaycan Prezidenti İlham Əliyev keçmiş Yuqoslaviya Makedoniyasının Prezidenti ilə görüşüb (FOTO)

Siyasət Materials 6 Fevral 2015 22:47 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 6-da Münxendə keçmiş Yuqoslaviya Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyev keçmiş Yuqoslaviya Makedoniyasının Prezidenti ilə görüşüb  (FOTO)

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 6-da Münxendə keçmiş Yuqoslaviya Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Enerji, gömrük, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığın genişlənməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı. Bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarının əhəmiyyəti qeyd olundu.

Söhbət zamanı əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti