...

Elmar Məmmədyarov ABŞ-ın yeni səfirini qəbul edib (FOTO)

Siyasət Materials 16 Fevral 2015 17:44 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekutanı qəbul edib.
Elmar Məmmədyarov ABŞ-ın yeni səfirini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekutanı qəbul edib. Bu barədə Trend Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Görüşdə R.Sekuta etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Nazir R.Sekutaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti