...

Milli Məclisdə Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla anılıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 24 Fevral 2015 12:14 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla anılıb.
Milli Məclisdə Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla anılıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla anılıb.

Trend-in məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən dəhşətli qırğınlardan biridir.

İki gündən sonra xalqımızın Xocalı faciəsinin ildönümünü qeyd edəcəyini vurğulayan spiker bildirib ki, Xocalı soyqırımı erməni millətçilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı cinayətdir.

Onun sözlərinə görə, nə yolla olursa olsun, Azərbaycan işğal altında olan torpaqlarını qaytaracaq və Xocalı soyqırımını törədənlər öz cəzalarını alacaqlar.

O.Əsədov qeyd edib ki, Xocalı soyqırımı erməni millətçilər tərəfindən həyata keçirilən etnik təmizləmə siyasətinin qanlı səhifəsidir: "Bu kütləvi qırğından əvvəl Dağlıq Qarabağda bir sıra məntəqlərdə yaşayan azərbaycanlılar xüsusi amansızlıqla qətlə yetirilib. Xocalı soyqırımı öz miqyasına görə cinayətlərin ən dəhşətlisidir. Milli Məclisin müvafiq qərarına əsasən, 26 fevral Xocalı Soyqırımı Günü elan edilib və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib".

Spiker deyib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün görülən tədbirlər geniş vüsət alıb: "Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu məsələdə Azərbaycana verilən beynəlxalq dəstək daha da güclənir".

O.Əsədov vurğulayıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevin rəhbərliyi ilə aparılan "Xocalıya Ədalət" beynəlxlaq kampaniyası real və konkret nəticələr verir.

Spiker əlavə edib ki, bir sıra ölkələrin parlamentləri, ABŞ-ın 15 ştatının icra və qanunverici orqanları Xocalı hadisəsini soyqırım kimi tanıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti