...

Azay Quliyev ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi ilə görüşüb

Siyasət Materials 10 Aprel 2015 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüş keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, A.Şahtaxtinski təmsil etdiyi qurumun fəaliyyəti və ATƏT-in vətəndaş cəmiyyəti üçün nəzərdə tutulmuş proqramları haqqında ətraflı məlumat verib. ATƏT-in yerli ofisinin rəhbəri Şura ilə bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını deyib və bir sıra təkliflərini səsləndirib.

Şura sədri, millət vəkili Azay Quliyev dövlətin QHT sektorunun inkişafında beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmdən danışıb. O, regionlarda Resurs və Təlim mərkəzləri şəbəkəsinin genişləndirilməsi, QHT-lərin institusional inkişafı üçün təlimlərin keçirilməsi, təcrübə mübadiləsinin təşkili, "Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında Milli Hesabat"ın yenilənməsi, vətəndaş cəmiyyəti ilə bağlı ingilis dilində nəşrlərin hazırlanması və digər sahələrdə ATƏT-in yerli ofisi ilə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

Şura sədri ATƏT-in Bakı ofisinin təqdim etdiyi təkliflərin maraqla qarşılandığını və müzakirələrin davam etdirilməsinin faydalı olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti