Azərbaycan, Bakı, 14 aprel /Trend/
Şanxay Əməkdaşlıq Təşkilatının Təhlükəsizlik Şurasına üzv olan ölkələrin dövlət başçıları Azərbaycana dialoq üzrə tərəfdaş statusunun verilməsi məsələsini nəzərdən keçiriblər.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev dövlət başçılarının 10-cu görüşünün yekunlarını şərh edərkən bildirib.
O, qeyd edib: "Biz Hindistan, İran və Pakistanın üzvlüyə qəbulu ilə bağlı müraciətləri, Belarusa müşahidəçi, Azərbaycan və Ermənistana isə dialoq üzrə tərəfdaş statusunun verilməsi məsələlərini müzakirə etdik. Bizim rəyimiz təşkilata üzv ölkələrin rəhbərlərinə çatdırılacaq".