...

Əli Həsənov: “Çanaqqala zəfəri türk xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biridir”

Siyasət Materials 16 Aprel 2015 12:37 (UTC +04:00)
Çanaqqala zəfəri türk xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biridir. İşğalçı qoşunların birləşmiş gücünə, Türkiyə dövlətini birdəfəlik yox etmək siyasətinə qarşı türk xalqının və qəhrəman türk əsgərinin ölüm-qalım savaşı, dirənişi və mübarizəsidir.
Əli Həsənov: “Çanaqqala zəfəri türk xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biridir”

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"Çanaqqala zəfəri türk xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biridir. İşğalçı qoşunların birləşmiş gücünə, Türkiyə dövlətini birdəfəlik yox etmək siyasətinə qarşı türk xalqının və qəhrəman türk əsgərinin ölüm-qalım savaşı, dirənişi və mübarizəsidir".

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.

Ə.Həsənov deyib ki, Çanaqqalada türk əsgərləri və onlara qoşulan, sıralarında azərbaycanlıların da olduğu digər könüllülər, faktiki olaraq, türk xalqının iradəsinin məğlubedilməzliyini ortaya qoydular, xalqı və dövləti məhv olmaqdan xilas etdilər: "Bu zəfərin qeyd edilməsi ilə bağlı Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə tədbirlər planı hazırlanıb. Tədbirlər həm Türkiyədə, həm Azərbaycanda, həm də dünyanın ayrı-ayrı ölkələrində həyata keçirilir. Yekun nöqtə olaraq aprelin 24-də Çanaqqalada dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə qələbənin 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçiriləcək".

Ə.Həsənov əminliklə bildirib ki, Azərbaycan Ordusunun günbəgün artan qüdrəti və hərbçilərimizin rəşadəti sayəsində ərazi bütövlüyümüz yaxın gələcəkdə bərpa olunacaq və qələbə bayrağımız Şuşada dalğalanacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti