...

XİN-dən Aİ-yə sərt cavab: Belə münasibətin azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpasına göstərilməsi daha ədalətli olardı

Siyasət Materials 18 Aprel 2015 15:16 (UTC +04:00)
"Məhkəmənin qərarı ilə təsbit olunmuş fərdi cinayət məsuliyyətinə münasibətdə Avropa İttifaqı (Aİ) və Böyük Britaniya tərəfindən də göstərilən əlahiddə diqqət təəccüb doğurmaya bilməz".
XİN-dən Aİ-yə sərt cavab: Belə münasibətin azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpasına göstərilməsi daha ədalətli olardı

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir Səba Ağayeva/

"Məhkəmənin qərarı ilə təsbit olunmuş fərdi cinayət məsuliyyətinə münasibətdə Avropa İttifaqı (Aİ) və Böyük Britaniya tərəfindən də göstərilən əlahiddə diqqət təəccüb doğurmaya bilməz". Bunu Aİ və Böyük Britaniya Xarici İşlər Nazirliyinin Rəsul Cəfərov barəsində məhkəmə qərarına dair bəyanatına cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib.

O, qeyd edib ki, Azərbaycan Respublikasında qanunun aliliyi, fundamental azadlıqların qorunması və məhkəmə sisteminin müstəqilliyi tam təmin olunub: "Qanun qarşısında hamı bərabərdir və insan hüquqlarının müdafiəçisi kimi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir".

H.Hacıyev vurğulayıb ki, Azərbaycan Respublikası tərəfindən beynəlxalq səviyyədə qəbul edilmiş öhdəliklərinə tam şəkildə əməl edilir: "Rəsul Cəfərov vergidən yayınma, mənimsəmə və digər qanuna zidd əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunub və onun bu əməlləri məhkəmə qaydasında sübuta yetirilib. Məhkəmə qərarından apelyasiya vermək barəsində hər kəsin hüququ qanunla təsbit olunub".

XİN rəsmisi bildirib ki, insan hüquqlarına dair fundamental beynəlxalq sənədlərə uyğun olaraq, bu kimi "həssas və birmənalı" münasibətin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində hüquq və azadlıqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpasına da göstərilməsi həqiqi ədalətli yanaşma olardı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti