...

Emil Hüseynli: “Beynəlxalq hüququn prinsipləri maraqlı dövlətlərin “əsiri”nə çevrilib”

Siyasət Materials 1 May 2015 09:37 (UTC +04:00)
Mayın 3-də dünya ictimaiyyəti daha bir beynəlxalq hüquq və prinsiplərin pozulmasının şahidi olacaq. Dağlıq Qarabağın separatçı rejimi qondarma “parlament seçkisi”ni keçirəcək.
Emil Hüseynli: “Beynəlxalq hüququn prinsipləri maraqlı dövlətlərin “əsiri”nə çevrilib”

Azərbaycan, Bakı, 1 may /Trend/

"Mayın 3-də dünya ictimaiyyəti daha bir beynəlxalq hüquq və prinsiplərin pozulmasının şahidi olacaq. Dağlıq Qarabağın separatçı rejimi qondarma "parlament seçkisi" keçirəcək. Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bu "seçki" dünyada hökm sürən ikili standartların nəticəsidir". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Emil Hüseynli deyib.

E.Hüseynli bildirib ki, illər öncə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, nüfuzlu beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli olsaydılar, bu gün qondarma rejimin, bu rejimi yaradan Ermənistanın siyasi "şou"sunun şahidi olmazdıq: "Bu gün dünyada hökm sürən gərginlik, müharibə ocaqlarının olmasının başlıca səbəbi beynəlxalq hüququn prinsiplərinin maraqlı dövlətlərin "əsiri"nə çevrilməsidir. Ermənistan zamanında dünya birliyinin qınağına tuş gəlsəydi, beynəlxalq qurumlar işğalçı ölkəni üzv qəbul edərək qucaq açmasaydılar, on minlərlə insanın qanı hesabına hakimiyyətə gələn Serj Sarkisyanın mövcudluğu belə mümkünsüz olardı".

QHT rəhbəri hesab edir ki, Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər" separatçı rejimin ömrünün uzadılmasına, ermənilərin qeyri-qanuni fəaliyyətinə qanuni don geyindirilməsinə xidmət göstərir: "Hesab edirəm ki, bu addımına görə, Ermənistana siyasi və iqtisadi sanksiyalar tətbiq edilməlidir. Beynəlxalq təşkilatlarda işğalçılıq siyasətinə görə Ermənistanın üzvlük məsələsinə yenidən baxılmalıdır".

E.Hüseynlinin sözlərinə görə, ikili yanaşmalara son qoyulmasa, regionda müharibənin yenidən alovlanması qaçılmaz olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti