...

ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana səfəri başlayıb

Siyasət Materials 1 İyun 2015 09:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun /Trend/

ATƏT-in fəaliyyətdə olan sədri statusunda Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin Azərbaycana rəsmi səfərə başlayıb.

Trend-in məlumatına görə, səfər çərçivəsində İ.Daçiçin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. Görüşdən sonra Xarici İşlər Nazirliyində KİV nümayəndələri üçün birgə mətbuat konfransı keçiriləcək.

Səfər iyunun 1-də başa çatacaq. İ.Daçiç sonra Gürcüstan və Ermənistana səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti