...

Elmar Məmmədyarov: İslamafobiya meyllərinin artması narahatlıq doğurur

Siyasət Materials 25 Avqust 2015 15:43 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov: İslamafobiya meyllərinin artması narahatlıq doğurur

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi İyad bin Amin Mədəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, İyad bin Amin Mədəni Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycanı təbrik edərək, 2017-ci ildə İslam Həmrəylik Oyunlarının da eyni səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb.

Azərbaycanın İƏT-in üzvü kimi fəal rolunu yüksək qiymətləndirən Baş Katib ölkəmizin təşkilatın qarşısında duran iqtisadi, siyasi və humanitar hədəflərin həyata keçirilməsində verdiyi töhfələrinin təqdirəlayiq olduğunu qeyd edib.

Azərbaycanın İƏT ilə əlaqələrinə xüsusi önəm verdiyini vurğulayan E.Məmmədyarov İƏT-in üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli mühit yaratdığını nəzərə çatdırıb. İslam ümməti daxilində həmrəyliyin vacibliyini qeyd edən nazir İƏT-in İslam dünyasının üzləşdiyi problemlərin müzakirəsi və həlli üçün vacib mexanizm olduğunu bildirib.

E.Məmmədyarov İƏT tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün qəti şəkildə pislənilməsi, münaqişənin beynəlxalq hüququn prinsipləri, xüsusilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin dəstəklənməsinə dair mövqeyinin yüksək qiymətləndirdilyini diqqətə çatdırıb.

O, xüsusilə Avropada olmaqla, İslamafobiya meyllərinin artmasından narahatlığını ifadə edərək, Azərbaycanın bütün səviyyələrdə bu məsələni qaldırdığını qeyd edib.

Görüşdə həmçinin İƏT-in fəaliyyət mexanizmləri, prioritet istiqamətləri, qarşıdan gələn yüksək səviyyəli tədbirlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti