Azərbaycan, Bakı, 31 avqust /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Hüseyn oğlu Əhmədova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Ə.Əhmədova general-leytenant hərbi rütbəsi verilsin.