...

"Rusiya ekspertlərinin diqqətinə Azərbaycanla əlaqəli bəzi məsələlər"

Siyasət Materials 30 Sentyabr 2015 11:22 (UTC +04:00)
Rusiya ekspertlərinin Azərbaycanla əlaqəli münasibəti, Dağlıq Qarabağ probleminin mahiyyətini anlaması obyektivliyə doğru dəyişilib. Bunlara görə onlara minnətdarlıq düşür. Amma RF ekspertlərinin müəyyən qrupunun Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi barədə şərhləri kifayət qədər qüsurludur və bəzən vəziyyəti gərginləşdirə bilər.
"Rusiya ekspertlərinin diqqətinə Azərbaycanla əlaqəli bəzi məsələlər"

Mübariz Əhmədoğlu - Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq

Rusiya ekspertlərinin Azərbaycanla əlaqəli münasibəti, Dağlıq Qarabağ probleminin mahiyyətini anlaması obyektivliyə doğru dəyişilib. Bunlara görə onlara minnətdarlıq düşür. Amma RF ekspertlərinin müəyyən qrupunun Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi barədə şərhləri kifayət qədər qüsurludur və bəzən vəziyyəti gərginləşdirə bilər.

Bəzi məsələləri və məsləhətlərimizi onların diqqətinə çatdırmaq istəyirik:

I. Rusiya ekspertləri Azərbaycanın müstəqillik illərində siyasətini və problemlərini ciddi təhlil etməlidir. Aərbaycan həmişə Rusiya ilə münasibətləri istiləşdirməyə çalışıb. RF-də isə buna maneçilik edənlər tapılıb. Yalnız V.Putin hakimiyyətə gəldikdən sonra Azərbaycanın müraciətləri dəyərləndirildi.

II. Dünya erməniliyin gücü və resurs mənbəyi Rusiyanın dövlət və ictimai-siyasi həyatına təsir bacarığı üzərində qurulub. Rusiyanın dövlət məmurlarının, ekspertlərinin böyük bir qismi ermənilərə sıx bağlıdırlar. Genetik əlaqəsi olanlar da hədsiz çoxdur. Rusiya siyasətçilərinin böyük bir qismini öz valideynlərinin xəyanətinə inandırmaq, ermənilərin xəyanətkarlığına inandırmaqdan daha asandır.

Rusiyada hamı ermənilərlə münasibəti xüsusi münasibət hesab edir. Bu, həqiqətən belədir. Əks təqdirdə rus xalqının təmsilçiləri ermənilərin onların başına açdıqları oyunların, faciələrin mahiyyətindən xəbərdar olardılar; Qriboyedovun ölümü ermənilərin iştirakı ilə baş verib; Sovet dövründə Moskva metrosunda terror hadisəsini törədən də ermənilər idi; Sovet rublunu saxtalaşdırmaqla SSRİ-də iqtisadi diversiyanın da bünövrəsini ermənilər qoydu; Ermənilər SSRİ-nin dağılmasında iştirak ediblər; Bunu prezident Serj Sərkisyan Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının fəaliyyətə başladığı ilk illərdə rəsmən etiraf etdi.

M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni A.Aqanbekyan SSRİ-də iki problemi - milli münasibətlərlə, iqtisadi problemləri birləşdirdi. Həll yolu kimi Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən ayrılıb Ermənistan SSR-ə birləşməsini təklif etdi. Bununla da ermənilər soyuq müharibənin ən əsas məsələsini həll etdilər: ABŞ-ın siyasi dairələrinin və xüsusi xidmət orqanlarının əlində alətə çevrilib SSRİ-nin dağılması prosesini başladılar; Ermənistan SSRİ-nin tərkibində müstəqilliyini elan edən 3-cü respublika oldu; SSRİ-nin saxlanmasına xidmət edən 1991-ci il 17 martda keçirilən referendumda Ermənistan iştirak etmədi; Serj Sərkisyan SSRİ-ni ermənilər üçün cəhənnəm dövrü hesab edir; Amma rus siyasətçiləri ermənilərin rus xalqına qarşı belə neqativ mövqeyini görmək istəmirdilər və ya qısa müddət ərzində unudurlar.

III. Ermənilər yalnız rus xalqının qarşısında "unikallığa" malikdirlər. ABŞ və Avropada yaşayan ermənilərin Rusiyadakı ermənilərlə müqayisəli təhlili erməni xalqının xüsusi qabiliyyəti barədə deyilənlərin rus mifologiyasının məhsulu olduğunu göstərir.

Ermənilər əgər doğrudan da xüsusi qabiliyyətə malikdirlərsə, niyə yalnız Rusiyada inkişaf edə biliblər? Qərbdə heç bir ciddi uğur əldə edə bilməyiblər. Qərbdəki ermənilərin uğuru xüsusi xidmət orqanlarının əlində alət olub, Rusiyaya və SSRİ-yə qarşı fəaliyyət göstərməkdən ibarət olub. Rus ekspertləri ermənilər barədə sadaladığımız bu fikirləri dönə-dönə yoxlaya bilərlər. Ermənilərin uğuru rus xalqının inamını qazanıb, onu aldatması, onu inandırıb xəyanət etməsi üzərində qurulub.

IV. Moskvadakı ermənilər uzun müddət Rusiyanın bütün Qafqaz siyasətini öz monopoliyalarında saxlayırdılar. Ona görə Rusiya ictimai-siyasi mühiti Azərbaycan və Gürcüstanı düşmən, Ermənistanı isə dost kimi qəbul etdi. Rusiya ilə Azərbaycan münasibətləri ermənilərin həmişə xüsusi maraq dairəsində olub. Azərbaycan Rusiyaya dost olduğunu sübut etdi. Amma Gürcüstan isə həmin neqativlik girdabından uzaqlaşa bilmədi. 1990-ci ilin 20 yanvarını yaşamış Azərbaycanda rus dili inkişaf edir. Bu dövrdə isə Ermənistanda rus dilinə qarşı ən təhqirli kampaniya reallaşdırıldı. Rus dilinin Ermənistandan qovulması prosesi rəsmi Moskva işə qarışdıqdan sonra dayandı.

V.Azərbaycan Rusiyanın Yaxın Şərq siyasətində ən mühüm rola malikdir. Müasir mərhələdə Rusiyanın Yaxın Şərq siyasətinin dayaq nöqtəsi Suriya oldu. Rusiyanın Suriya siyasətinin necəliyi Rusiyanın Türkiyə və İranla münasibətlərinin necəliyindən asılıdır. Türkiyə və İranla qarşıdurmadan yayınma, normal siyasət qurmağın ən real yolu Rusiyanın Azərbaycanla münasibətlərindən keçir. Türkiyə və İran antirusiya siyasət aparacağı təqdirdə Azərbaycan bu siyasətə dəstək verəcəksə, Rusiyanın Yaxın Şərq siyasəti iflasa uğrayacaq. Rusiyanın Türkiyə və İrana qarşı münasibəti Rusiyanın yalnız Azərbaycanla münasibətindən asılıdır. Bu məsələdə Rusiya üçün Azərbaycanla münasibətlər alternativsizdir.

VI. Azərbaycanın Rusiyanın Yaxın Şərq siyasətində dəstək verməsi Azərbaycan üçün təhlükəsizlik məsələlərini xeyli aktuallaşdırır və keyfiyyətcə yeni mərhələyə qaldırır. Türkiyə və İranda bəzi qüvvələri Azərbaycana qarşı qızışdıra bilər. Naxçıvanın vəziyyətinin anklav və eksklav dəyərləndirilməsindən asılı olmayaraq, Naxçıvanın Azərbaycandan ayrılması məsələsi ciddi şəkildə gündəliyə gətirilə bilər. Bu olmasın deyə Rusiya və Azərbaycan bir-birinin təhlükəsizliyinə bərabər münasibət nümayiş etdirməlidir. Bunun ən asan yolu qarşılıqlı tamamlama siyasətinin aparılmasıdır. Qarşılıqlı tamamlama siyasəti nəhayət ki, tarixi həqiqətin bərpa olunması ilə nəticələnməlidir: Zəngəzur Azərbaycana qaytarılmalıdır. Zəngəzur tarixən Azərbaycan ərazisidir. 1923-cü ildə Stalinin əmri ilə Ermənistana verildi. Zəngəzurun Azərbaycana qaytarılması ilə Azərbaycan Naxçıvanı özünə quru ərazisi vasitəsilə birləşdirir və ərazi bütövlüyümüz daha təkmil şəkildə tamamlanır. Naxçıvanın indiki vəziyyətində Azərbaycan Rusiyanın Yaxın Şərq siyasətinə tam dəstək verə bilməyəcək.

VII. Rusiyanin Cənubi Qafqazda problemləri var. Problemlər arta bilər. Ermənistan Rusiyanın Cənubi Qafqaz siyasətində kifayət qədər ciddi problem mənbəyidir. Kommunikasiya imkanlarının zəifliyi fors-major hallarda RF üçün təhlükələri həndəsi silsilə ilə artıra bilər. SSRİ dövründə fəaliyyət göstərmiş Moskva-Tehran dəmiryolunun, ən azı MDB hissəsinin fəaliyyətə başlaması RF üçün arxivacibdir. RF-in ekspert mühiti bunu inkar edir.

VIII. Dağlıq Qarabağ tənzimlənməsində Kremlin orijinal mövqeyi var və rus ekspertləri bu mövqeyə bu günədək dəstək verməyiblər. Gec deyi, indi də dəstəkləyə bilərlər. RF Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik tənzimlənməsini təklif edir. Bu dinc tənzimlənmədən və hərbi yolla həlldən fərqlidir. Siyasi-diplomatik həll variantı münaqişənin tənzimlənməsinə kömək edən tərəfə şirnikləşdirici addımları, maneçilik edən tərəfə müxtəlif iqtisadi-siyasi təzyiqləri nəzərdə tutur.

Yeri gəlmişkən, məhz bu səbəbdən Rusiya Ermənistan-Azərbaycan sərhəddində baş verən hərbi insidentlərə o qədər də diqqət ayırmır. Ermənistan KTMT-nın üzvü olsa da, Rusiya şüurlu şəkildə onu bəzi üstünlüklərdən məhrum edib. Çünki Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində RF-nın ortalığa qoyduğu variantı qəbul etmir. RF-nın Dağlıq Qarabağ tənzimlənməsi 3 addım üzərində qurulub:

ı. Dağlıq Qarabağ ətrafındakı ərazilər Ermənistanın işğalından azad edilməli, Azərbaycana qaytarılmalıdır.

ıı. Azərbaycan Rusiyadan Ermənistana gedən kommunikasiyaları açmalıdır. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Mehri dəmiryolunun fəaliyyətə başlaması Rusiya və Ermənistan arasında ən etibarlı dəmir yolunun işə düşməsi anlamındadır.

ııı. Dağlıq Qarabağın statusunun müəyyən olunması bir müddət təxirə salınır. Bir il bundan öncə RF- prezidenti V.Putin Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın xüsusi statusa malik olması barədə təklif irəli sürdü. Rus ekspertlərinin strateji müttəfiq hesab etdiyi Ermənistan

V.Putinin təklifini rədd etdi. Azərbaycan isə bu təklifi qəbul etdi. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində V.Putinin təklifləri nədənsə Rus ekspertləri tərəfindən lazımınca dəyərləndirilməyib. Belə görünür, onlar üçün V.Putinin mövqeyindən daha vacib S.Sərkisyanın mövqeyidir.

IX. Digər məsləhət Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rus ekspertlərinin balans axtarması barədədir. RF-nın yuxarıda səsləndirdiyimiz təklifi balanslaşdırılmış təklifdir. Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır. Dağlıq Qarabağın özünün taleyi bir müddət sonra həll edilməlidir. Dağlıq Qarabağ de-yure Azərbaycan ərazisidir. BMT sənədlərində belə göstərilib və Rusiya bunu belə qəbul edib. İndi Rusiya de-yure ərazisinin Azərbaycana hələlik qaytarılmaması barədə təklif irəli sürürsə və Azərbaycan bunu qəbul edirsə, bu, elə kompromisdir. Ona görə 7 rayon deyil, 5 rayonun qaytarılması barədə deyilənlər əsassızdır. Laçın rayonu da Ağdam kimi heç vaxt Dağlıq Qarabağın ərazisinə daxil olmayıb. Belə olan təqdirdə Laçınla Ağdamın siyasi-hüquqi statusu arasında heç fərq yoxdur. Ağdam qayıtdığı vaxtda və qaydada Laçın da qaytarılmalıdır.

X. Dağlıq Qarabağ münaqişəsinə yanaşmada rus ekspertlərinin mövqeyi yalnız bir narazının qalması üzərində qurulmalıdır. Rus ekspertlərinin Ermənistan və Azərbaycan arasında balans axtarmasının digər parametri Ermənistanı və Azərbaycanı narazı salmamaqdır. Amma qəribədir ki, rus ekspertlərinin ortalığa qoyduğu variant hər iki tərəfi narazı salır. Bu sonadək belə olacaq.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində istədiyini əldə etməyənədək Rusiyanın maraqlarına cavab verən ciddi manevrlərə başlaya bilməz. Ona görə Rusiya hökmən beynəlxalq hüquq prinsiplərinə söykənərək Dağlıq Qarabağ münaqişəsini birdəfəlik və Azərbaycanın xeyrinə həll etməlidir. Ermənistan bütün hallarda narazı qalacaq. Amma Azərbaycanla birlikdə Rusiya Ermənistanın narazılığını kompensasiya edə bilərlər. Ermənistanda iqtisadi dirçəliş başlaya bilər, sosial firavanlıq yaranar, Rusiya arzulasa, Ermənistan dövlətçiliyi davamlı ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti