...

Azərbaycandakı xarici hərbi attaşelər Hərbi Hava Qüvvələrinin bazasında olublar (FOTO)

Siyasət Materials 5 Oktyabr 2015 16:45 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri bu gün Hərbi Hava Qüvvələrinin aviabazasında olublar.
Azərbaycandakı xarici hərbi attaşelər Hərbi Hava Qüvvələrinin bazasında olublar (FOTO)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri bu gün Hərbi Hava Qüvvələrinin aviabazasında olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 15 dövləti təmsil edən hərbi attaşelərə əvvəlcə hərbi hissə, onun yaranma tarixi barədə ümumi brifinq təqdim edilib. Aviabazada qonaqlar şəxsi heyət üçün yaradılan şərait, uçuş və texniki heyətlə tanış olub, əsgər yeməkxanaları və yataqxanalarına, məşğələ otaqlarına da baxıblar. Silahlanmada olan hərbi texnika ilə tanış olan qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərini də izləyiblər.

Zabit yeməkanasında nahar edən hərbi attaşelər hərbi hissədə yaradılmış xidmət və məişət şəraitindən, döyüş hazırlığı və tədrisin səviyyəsindən məmnun qalıblar.

Qonaqlar səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti