...

Əfqanıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Siyasət Materials 23 Dekabr 2015 12:38 (UTC +04:00)
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana rəsmi səfəri dekabrın 23-də başa çatıb.
Əfqanıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Bakı. Trend:

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana rəsmi səfəri dekabrın 23-də başa çatıb.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti