...

İsveç Azərbaycanlıları Konqresinin üzvləri ATƏT PA sədrinin müavini ilə görüşüblər

Siyasət Materials 26 Fevral 2016 11:31 (UTC +04:00)
Fevralın 23-də İsveç parlamentində İsveç Azərbaycanlıları Konqresinin əməkdaşları və Dədə Qorqud Fondunun prezidenti, “Azərbaycan dünyası” jurnalının redaktoru Eldar İsmayılov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (ATƏT PA) sədrinin müavini Kent Herstedt ilə görüşüblər.
İsveç Azərbaycanlıları Konqresinin üzvləri ATƏT PA sədrinin müavini ilə görüşüblər

Bakı. Trend:

Fevralın 23-də İsveç parlamentində İsveç Azərbaycanlıları Konqresinin əməkdaşları və Dədə Qorqud Fondunun prezidenti, "Azərbaycan dünyası" jurnalının redaktoru Eldar İsmayılov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (ATƏT PA) sədrinin müavini Kent Herstedt ilə görüşüblər.

Bu barədə Trend-ə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüş Azərbaycan və İsveç arasındakı mədəni tarixi münasibətlərdən bəhs edən məqalənin "Azərbaycan dünyası" jurnalında çap olunması məqsədilə baş tutub.

Söhbət zamanı Kent Herstedt Azərbaycana sonuncu səfərindən və keçirdiyi görüşlərdən söz açıb. Kent Herstedt Azərbaycanla İsveç arasındakı dostluq əlaqələrinin təkcə mədəniyyət sahəsində deyil, həmçinin iqtisadi sahələrdə də inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

İsveç Azərbaycanlıları Konqresinin əməkdaşları görüş çərçivəsində Dağlıq Qarabağ məsləsinə də toxunub və isveçli siyasətçiyə ""Xocalıda hərbi cinayətin şahidləri. Ermənistan müttəhimlər kürsüsündə" kitabını bağışlayıb.

"Dədə Qorqud" Fondunun prezidenti Eldar İsmayılov Azərbaycan-Avropa münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Kent Herstedtə öz təşəkkürünü bildirib və ona Fondun təsis etdiyi medalı təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti