Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Dominikan Respublikasının Prezidenti Danilo Medinaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Dominikan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram".