...

Prezident İlham Əliyev əhalinin özünüməşğulluğu ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 7 Aprel 2016 18:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev əhalinin özünüməşğulluğu ilə bağlı sərəncam imzalayıb

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşrılıb.

Xəbər lenti

Xəbər lenti