...

Dövlət katibi: Fransa Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır

Siyasət Materials 26 Aprel 2016 17:36 (UTC +04:00)
Fransa Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlıdır.
Dövlət katibi: Fransa Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır

Bakı. Səba Ağayeva - Trend:

Fransa Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlıdır. Trend-in məlumatına görə, bunu Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir Bakıda mətbuat konfransında deyib.

H..Dezir iki ölkənin təhsil sahəsində əməkdaşlığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanda Azərbaycan-Fransa ali təhsil ocağının yaradılması planlaşdırılır.

O, əlavə edib ki, Fransa, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşməsinə yardım etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti