...

Türk general: Ermənistanın guya nüvə silahının olması barədə söhbətlər boş təhdiddir

Siyasət Materials 4 May 2016 15:54 (UTC +04:00)
Ermənistanın guya nüvə silahı yaratmaq üçün imkanları olması barədə söhbətlər boş təhdidlərdən başqa bir şey deyil.
Türk general: Ermənistanın guya nüvə silahının olması barədə söhbətlər boş təhdiddir

Bakı. Orxan Quluzadə - Trend:

Ermənistanın guya nüvə silahı yaratmaq üçün imkanları olması barədə söhbətlər boş təhdidlərdən başqa bir şey deyil.

Bunu Trend-ə Türkiyə ordusunun istefada olan general-leytenantı Ermağan Kuloğlu deyib.

Onun sözlərinə görə, Ermənistanın nüvə silahı yaratmaq üçün heç bir texnologiyası və şəraiti yoxdur: "Ermənistanın nüvə silahına malik olduğunu bəyan edən Yerevan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son döyüşlərdə biabır olduğunu gizlətməyə çalışır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti