...

Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adlar verilib (SİYAHI)

Siyasət Materials 24 İyun 2016 18:36 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adlar verilib (SİYAHI)

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibb xidmətinin yaranmasında, şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində fədakar əməyinə, Azərbaycanda təhsilin və mətbuatın inkişafında xidmətinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar həkim”

Əlləzov Çingiz Bayram oğlu – tibb xidməti polkovniki

“Əməkdar müəllim”

Məmmədova Nərgiz Qədir qızı

“Əməkdar jurnalist”

Hüseynov Rəşid Məmməd oğlu

Xəbər lenti

Xəbər lenti