...

Diplomat: "Türkiyə-İsrail münasibətləri əvvəlki səviyyəyə qayıdacaq"

Siyasət Materials 28 İyun 2016 17:45
Türkiyə və İsrail arasındakı münasibətlər əvvəlki səviyyəyə qayıdacaq.
Diplomat: "Türkiyə-İsrail münasibətləri əvvəlki səviyyəyə qayıdacaq"

Trend-i buradan izləyin

Bakı. Anaxanım Hidayətova - Trend:

Türkiyə və İsrail arasındakı münasibətlər əvvəlki səviyyəyə qayıdacaq.

Bunu Trend-ə israilli siyasətçi, Vaşinqtondakı "Safadi" Beynəlxalq diplomatik və sosial mərkəzinin rəhbəri Mendi Safadi deyib.

Onun sözlərinə görə, Türkiyə və İsrail xalqları arasında münasibətlər həmişə yüksək səviyyədə olub, münaqişə yalnız siyasi səviyyədə mövcud olub: "Buna baxmayaraq, ölkələr arasında ticarət və turizm əlaqələri dəyişikliyə məruz qalmayıb".

M.Safadi əlavə edib: "Hər şeyə rəğmən, İsrail və Türkiyə xalqları arasında əlaqələr həmişə möhkəm olub, münaqişə bu münasibətlərə təsir etməyib. İndi ölkələr arasında münasibətlər münaqişədən əvvəlki vəziyyətə qayıdacaq, tamamilə normallaşacaq. İsrail ilə Türkiyənin çox ortaq maraqları var, xüsusən də indi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti