...

Azərbaycan və Qətər arasında turizm sahəsində əməkdaşlıq müzakirə olunub

Siyasət Materials 30 Sentyabr 2016 17:13 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Qətərin Azərbaycana yeni təyin olunmuş səfiri Yusif bin Həsən Yusif əl-Saini qəbul edib.
Azərbaycan və Qətər arasında turizm sahəsində əməkdaşlıq müzakirə olunub

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Qətərin Azərbaycana yeni təyin olunmuş səfiri Yusif bin Həsən Yusif əl-Saini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfir Yusif bin Həsən Yusif əl-Sai etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Görüş zamanı Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olundu, turizm sahəsində uğurlu əməkdaşlıq imkanları müzakirə olunub.

Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti