Bakı. Yelena Kosolapova – Trend:
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin oktyabrın 12-nə Azərbaycana nəzərdə tutulmuş səfəri dövlət başçısının səhhətindən asılı olacaq.
Bunu Trend-ə Qazaxıstan Prezidentinin mətbuat xidmətindən deyiblər.
Mətbuat xidmətindən deyiblər ki, bütün məsul xidmətlər N.Nazarbayevin Bakıya səfərinə hazırdır: "Əgər dövlət başçısı özünü yaxşı hiss etsə, o, planlaşdırıldığı kimi, Bakıya gələcək. Əks halda sabahkı səfər ləğv oluna bilər".
N.Nazarbayev soyuqladığı üçün həkim nəzarətindədir.