Bakı. Elmira Tariverdiyeva – Trend:
Fransa Senatı oktyabrın 14-də "erməni soyqırımı" haqqında deyil, yalnız bəşəriyyətə qarşı soyqırım və cinayətlər haqqında qanun qəbul edib.
Bunu Trend-ə Fransa senatının Xarici işlər komitəsinin vitse-prezidenti Natali Qule deyib.
Onun sözlərinə görə, bu qanun bütün dünya üzrə soyqırım faktlarına, məsələn Ruandadakı soyqırıma və İraqda yezidilərə qarşı cinayətlərə, eləcə də köləlik problemlərinə aiddir: "Bu qanun Azərbaycanın Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və digər rayonlar üzərində suverenliyini bərpa etmək uğrunda qanuni mübarizəsində tam dəstəyimizi ləğv etmir".