...

Elmar Məmmədyarov qazaxıstanlı həmkarı ilə Xəzərin hüquqi statusunu müzakirə edib

Siyasət Materials 9 Dekabr 2016 09:53 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisovla görüşüb.
Elmar Məmmədyarov qazaxıstanlı həmkarı ilə Xəzərin hüquqi statusunu müzakirə edib

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisovla görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyətinə toxunublar.

Tərəflər həmçinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti