Prezident İlham Əliyev: Məhz Heydər Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycan əsl müstəqillik əldə edib (YENİLƏNİB)

Prezident İlham Əliyev: Məhz Heydər Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycan əsl müstəqillik əldə edib (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanın, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin, Mərkəzin İdarə Heyətinin üzvləri, Serbiyanın sabiq Prezidenti Boris Tadiçin, Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanovun, Albaniyanın sabiq Prezidenti Recep Meydaninin, Latviyanın sabiq Prezidenti Valdis Zatlersin və Moldovanın sabiq Prezidenti Petru Luçinskinin daxil olduqları nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı qonaqları salamlayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım tədbirində iştiraklarına görə onlara minnətdarlığını bildirdi.

İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin dedi: “Cənab Prezident, bu, bizim üçün böyük şərəfdir. Bu, Sizin atanız böyük şəxsiyyət, sözün əsl mənasında, ümummilli lider Heydər Əliyevin xatirəsinə olan böyük ehtiramın təzahürüdür”.

Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa qeyd etdi ki, biz bu gün Azərbaycan xalqının ümummilli lideri və müasir Azərbaycanın banisi Heydər Əliyevin anım günündə Sizinlə və xalqınızla birlikdəyik. Ulu Öndərin xatirəsinə dərin ehtiramını bildirən xanım Vayra Vike-Freyberqa Heydər Əliyevin böyük təcrübəyə malik lider olduğunu dedi.

Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov Bakıya səfəri zamanı Ulu Öndərlə görüşlərini məmnunluqla xatırladı.

Ulu Öndərlə bağlı dərin xatirələrə malik olduğunu deyən Moldovanın sabiq Prezidenti Petru Luçinski onun böyük şəxsiyyət kimi Azərbaycanın müstəqilliyinin təmin olunmasında müstəsna xidmətlər göstərdiyini vurğulayaraq Azərbaycanın bugünkü inkişafının və firavanlığının əldə olunmasında Prezident İlham Əliyevin rolunu xüsusi olaraq qeyd etdi.

Prezident İlham Əliyev dedi: “Ulu öndər Heydər Əliyev daim Azərbaycanın müstəqilliyi uğrunda çalışıb. Məhz onun yorulmaz səyləri nəticəsində ölkəmiz əsl müstəqillik əldə edib. O, xalqımızın ümummilli lideri kimi Sovet sistemindən müstəqilliyə keçid dövrünü təmin etmişdir. Sovet rəhbərliyində çalışan zaman ulu öndər Heydər Əliyev o vaxtkı Kommunist Partiyasının rəhbərliyini açıq şəkildə ittiham edən ilk insanlardan biri olmuşdur. Bu, hələ Sovet İttifaqı dağılmamışdan iki il qabaq baş vermişdi. O, hələ 1990-cı ildə Azərbaycanın müstəqilliyinin zəruriliyini bəyan edən ilk insanlardan idi. 1990-cı ilin yanvarında sovet ordusu Bakıda yüzdən artıq günahsız adamın həlak olması ilə nəticələnən Qanlı Yanvar hadisələrini törədən zaman o, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və mən də onunla bir yerdə idim. Orada xeyli sayda azərbaycanlılar toplaşmışdılar və onlar Heydər Əliyevə böyük dəstək nümayiş etdirdilər. Heydər Əliyev orada Qanlı Yanvar hadisələrinə görə SSRİ-nin siyasi rəhbərliyini kəskin şəkildə ittiham etdi və bundan sonra Kommunist Partiyası sıralarından çıxdı. O zaman Heydər Əliyev işləmirdi, təqaüddə idi, sovet rəhbərliyi ona qarşı böyük təbliğat kampaniyasına başlamışdı, ona təzyiqlər edir, hətta həbs etmək istəyirdilər. Belə çətin şəraitdə Bakıya gəlmək qərarı verdi. Bakıda minlərlə insan onun ətrafına toplaşır və ona öz dəstəklərini göstərirdilər. Bundan narahat olan Azərbaycanın o vaxtkı rəhbərliyi ona Bakıda da ciddi təzyiqlər göstərməyə başladılar. Heydər Əliyev doğulduğu Naxçıvan şəhərinə getdi”.

Ulu öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyətinə toxunan dövlətimizin başçısı xalq tərəfindən Heydər Əliyevin Naxçıvanın Ali Sovetinin sədri seçildiyini vurğuladı və hələ 1990-cı ildə Azərbaycanın ilk demokratik respublikasının bayrağını dövlət bayrağı kimi qaldırdığını və bu bayrağın Azərbaycan Respublikasının bayrağı kimi qəbul edilməsi ilə bağlı Azərbaycan parlamentinə müraciət etdiyini dedi. Dövlətimizin başçısı 1991-ci ildə Sovet İttifaqının saxlanılması ilə bağlı keçirilən referendumun o vaxt Naxçıvan tərəfindən boykot edildiyini də dedi. Prezident İlham Əliyev daha sonra bildirdi ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, sabitlik və əmin-amanlıq təmin edildi və yeni inkişafın başlanğıcı qoyuldu. Dövlətimizin başçısı Ulu Öndərin müasir Azərbaycanın dövlət quruculuğunda müstəsna xidmətlərinin xalq tərəfindən daim ehtiramla xatırlandığını dedi.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

Astarada qadını evində qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Astarada qadını evində qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub - DTX (VİDEO)
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub - DTX (VİDEO)
Xalq şairi Musa Yaqub vəfat edib
Xalq şairi Musa Yaqub vəfat edib
Loading Bars
Xəbər lenti
Azərbaycan səfirliyi Latviya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını pisləyib
Qadın güləşçimiz Elis Manolova "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Ceyhun Bayramov Asiya İnkişaf Bankının ölkə üzrə direktoru ilə görüşüb (FOTO)
Prokurorluğun xəzinə hesabına köçürüləcək vəsaitlər artırılıb
Qrup hərəkətləri komandamız dünya kuboku yarışlarının finalına yüksəlib
"Elektron prokurorluq” informasiya sistemi yaradılacaq - FƏRMAN
Şəhid ailələrinin üzvləri ali məktəblərə qəbul imtahanında iştirak üçün vəsait ödəməyəcək
Prezident İlham Əliyev hərb və informasiya savaşını eyni anda apardı - Qələbəni şərtləndirən iki mühüm taktika
Mingəçevir Dövlət Universiteti ilə Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq inkişaf edir (FOTO)
Aİİ-də “Orucluğun tarixi və Ramazanın fəzilətləri” mövzusunda vebinar keçirilib (FOTO)
Prezident İlham Əliyevin BBC-yə müsahibəsinə 3 milyondan çox baxış beynəlxalq diqqətin əyani təzahürüdür - Deputat
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların strukturu təkmilləşdirilib
Əyani tədris qismən bərpa olunur
8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkat Günü “Əsas Məsələ”də müzakirə olunub (VİDEO)
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun top hərəkətləri üzrə finalçıları müəyyənləşdi
Azərbaycanlı gimnastları və məşqçiləri yaxşı tanıyıram - İtaliya gimnastı
Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib
3 hakimin səlahiyyətlərinə xitam verilib
İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verilib - SİYAHI
Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib
Azərbaycan gimnastlarının Dünya Kubokunun birinci günündə NƏTİCƏLƏRİ (FOTO)
Prezident İlham Əliyevin BBC-yə müsahibəsi hələ də gündəm olaraq qalır - Sevil Mikayılova
Dünya Kubokunun Təşkilat komitəsi öz işini qüsursuz yerinə yetirir - Macarıstan gimnastı
Bakıda Milli Qəhrəmanın adını daşıyan park yenidən qurulub (FOTO)
Şuşanın mədəniyyət paytaxtı statusunun rəsmiləşməsi şəhərin hərtərəfli inkişafını təmin edəcək - Könül Nurullayeva
Bədii gimnastika üzrə Dünya Kubokunun birinci günündə maraqlı anlar (FOTO)
Məlumatlandırıcı vebinarda KOB-ların və startapların sualları cavablandırılıb
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib
Mingəçevir Dövlət Universitetinin rektoru şəhid ailəsini ziyarət edib (FOTO)
Mayın 8-nə USD/AZN rəsmi məzənnəsi
Bakı küçələrinin birinə Polad Həşimovun adı verilib
Qeyri-sabit hava şəraiti ilə bağlı sahibkarlara xəbərdarlıq edilib
Daha bir hərbi qulluqçumuzun şəhid olması müəyyən edildi
Hindistanın Bakıdakı Səfirliyi Sanskrit dilini öyrənmək üçün ‘Little Guru’ adlı yeni tətbiqi təqdim etdi (FOTO)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası mühüm qərarlar qəbul edib (FOTO)
Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilənlərdən saxlanılan yoxdur - DİN
Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək
Gələcəkdə beynəlxalq səfərlərin bərpası üsulunu tapa biləcəyik - Aİ nümayəndəsi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1854 nəfər COVID-19-dan sağalıb, 722 nəfər yoluxub, 15 nəfər vəfat edib
Prezident İlham Əliyevin BBC-yə müsahibəsi 3 milyon baxışı keçib (VİDEO)
Vətən müharibəsi qəhrəmanları üçün imtiyazlarla bağlı qanun layihələri plenar iclasa tövsiyə olundu
"Qatar Airways" Dohadan Bakıya uçuşları bərpa edir
Astarada qadını evində qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Dünya Bankı Azərbaycanda yol layihəsi üçün kredit ayırmağı planlaşdırır
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək
Milli Gimnastika Arenasında indiyə qədər gördüyüm ən gözəl şərait yaradılıb - Özbəkistan gimnastı
Satınalan təşkilatların nümayəndələri ilə növbəti onlayn görüş keçirilib
AHİK-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi ilə əlaqədar tədbir keçirilib (FOTO)
Kreditini Yelo Bank-a gətir, daha az ödə
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub - DTX (VİDEO)
“Yüksəliş” müsabiqəsi yarımfinal mərhələsinə hazırlaşır
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib (FOTO)
Xalq şairi Musa Yaqub vəfat edib
Həbsdə olan polkovnik azadlığa buraxıldı
Bakı Slavyan Universitetində onlayn formada "İki əsrin lideri" adlı tədbir keçirilib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FOTO)
"British Airways" bu il 1 milyard avro itirib
Ermənistanda keçmiş hərbçi casusluqda ittiham olunur
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirilib
Bakıda kimsəsiz uşaqlar tibbi müayinədən keçirilib (FOTO)
Azərbaycan XİN Fransa və Kanadaya cavab verib
Ağsuda həmkəndlisini güllələyən şəxsin işi məhkəməyə göndərilib
Şuşanın mədəniyyət paytaxtı elan edilməsi böyük əhəmiyyət daşıyır - Deputat
Azərbaycanda idmanın inkişafı istiqamətində aparılan uğurlu dövlət siyasəti öz səmərəli bəhrəsini verir - İsmayıl İsmayılov
Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır - Müdafiə Nazirliyi
Koronavirusa qarşı təkrar peyvəndin vurulması ilə bağlı alimdən AÇIQLAMA
Dünya Kubokunda bütün gimnastlara məşq üçün lazımi qədər vaxt verilib - Yunanıstan gimnastı
Buraxılış imtahanları ilə bağlı apelyasiya komissiyasına müraciət qaydaları açıqlanıb
İranda koronavirusdan ölənlərin sayı 74 mini keçib
Payızlıq əkinlər üçün gübrələrin səyyar satışından 8000-ə yaxın fermer yararlanıb (FOTO)
Qarabağda əkinə başlanılması kənd təsərrüfatı məhsullarının ucuzlaşmasına səbəb olacaq
Müəllimlərin işə qəbulu ilə bağlı apellyasiya müsahibələri keçirilir
Suraxanıda qəsəbədaxili küçələr təmir edilir (FOTO)
Sabah Bakıda 20, rayonlarda 27 dərəcəyədək isti olacaq
Bakıda yarışlarda iştirak etmək həyəcanlı və xoşdur - Polşa gimnastı
Şuşada DOST Mərkəzinin filialı açılacaq - RƏSMİ
Arif Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn edilib (ƏLAVƏ OLUNUB-2)
Xəzər dənizində zəlzələ olub
Odlar Yurdu Universitetinə ağır itki üz verib
ETSN "Azərsu”nu dənizi çirkləndirdiyi üçün məhkəməyə verib
BTQ Gürcüstan və Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verir - Baş direktor (FOTO)
Azərbaycanda koronavirusdan sağalma və ölüm faizi açıqlanıb
“Kimya və Kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb (FOTO)
Pilot Rəşad Atakişiyevə şəhid statusu verilib
Universitetdə struktur dəyişikliyi edilib
Mənşəyi məlum olmayan 200 kq heyvan cəmdəyi aşkarlanıb (FOTO)
Kanada XİN Azərbaycanın 3 ermənini azad etməsini alqışlayır
“AccessBank”da yeni təyinat olub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan Gimnastika Federasiyası növbəti dəfə bizi qüsursuz təşkilatçılığı ilə təəccübləndirə bildi - Misir gimnastı
Agentlik qazilərin protezlə təminatında problemin olması ilə bağlı məlumatlara münasibət bildirib
Azərbaycanda Hindistan ştammına rast gəlinməyib - TƏBİB
Heydər Əliyev Liderliyinin qalibiyyət və zəfər rəmzi!
Hökməli bələdiyyəsinin işçisi cəzalandırıldı (FOTO)
İtkin düşən kapitanın şəhid olduğu müəyyənləşdi
Qırğızıstanda damba uçuldu - Mindən çox sakin təxliyə olundu
“Petkim” istehsal gücünü 92%-ə çatdırıb
Ağdaşda sexdə fəhlənin qolu dəzgaha düşüb qopdu
Bütün xəbərlər