...

Ekspert: Rusiya, Türkiyə və İran arasında dialoq Suriya üçün uğurla yekunlaşa bilər

Siyasət Materials 21 Dekabr 2016 18:05 (UTC +04:00)
Ankarada Rusiya səfiri Andrey Karlovun qətlə yetirilməsi Rusiya və Türkiyə arasında normallaşmaqda olan ikitərəfləri münasibətlərin mane olduğu qüvvələr tərəfindən atılan bir çağırışdır
Ekspert: Rusiya, Türkiyə və İran arasında dialoq Suriya üçün uğurla yekunlaşa bilər

Bakı. Anaxanım Hidayətova - Trend:

Ankarada Rusiya səfiri Andrey Karlovun qətlə yetirilməsi Rusiya və Türkiyə arasında ikitərəfləri münasibətlərin normallaşmasını istəməyən qüvvələr tərəfindən edilən çağırışdır.

Bu sözləri Trend-ə Sankt-Peterburq Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi, türkoloq Aleksandr Sotniçenko deyib.

Onun sözlərinə görə, hadisənin törədilməsi Moskva ilə Ankara arasında Suriya məsələsi ilə bağlı əməkdaşlığın yoluna düşməsi ilə əlaqədardır. Bu əməkdaşlıq regiondakı üçüncü qüvvələr üçün qətiyyən qəbulolunmazdır. Onlar Rusiya və Türkiyə arasında Hələblə bağlı əməkdaşlığı xəyanət kimi qəbul edir.

Ekspert qeyd edib ki, A.Karlova atəş açan terrorçu cihadçı qruplardan birinə mənsub olub. Bu faktı onun qətldən dərhal sonra işlətdiyi sözlər də təsdiq edir.

A.Sotniçenko bu təxribatdan sonra Rusiya ilə Türkiyə arasında münasibətlərin daha möhkəmlənəcəyinə ümid etdiyini bildirib:

“Aydındır ki, Türkiyə hökumətinin bu faciəyə aidiyyəti yoxdur. Hakimiyyət orqanları bu hadisənin nəticələrini aradan qaldırmaq üçün əllərindən gələni edəcək”.

O deyib ki, yaxın vaxtlarda Astanada Rusiya və Türkiyə liderləri arasında Suriya böhranının nizamlanmasına həsr olunmuş görüş keçiriləcək:

“Ümid edirik ki, bu faciə Suriya böhranının həlli sahəsində əməkdaşlığa mane olmayacaq. Yalnız Rusiya, Türkiyə və İran arasında ABŞ, Aİ və Səudiyyə Ərəbistanı kimi destruktiv qüvvələrin olmadığı dialoq, Suriya üçün uğurlu başa çata bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti