...

Milli Məclisin iki komissiyası yeni tərkibdə fəaliyyət göstərəcək

Siyasət Materials 23 Yanvar 2017 14:02 (UTC +04:00)
Milli Məclisin Hesablayıcı və İntizam komissiyalarının yeni tərkibi müəyyənləşdirilib.
Milli Məclisin iki komissiyası yeni tərkibdə fəaliyyət göstərəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin Hesablayıcı və İntizam komissiyalarının yeni tərkibi müəyyənləşdirilib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, Hesablayıcı Komissiyasının yeni tərkibində Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rəfayel Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva, Mixail Zabelin təmsil olunacaqlar.

İntizam Komissiyasının tərkibi Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadədən ibarətdir.

Qeyd edək ki, Milli Məclisdə Hesablayıcı və İntizam komissiyalarının yenidən təşkil olunması ilə bağlı layihə parlamentin fevralın 1-də keçiriləcək sessiyasında müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti