...

İlham Əliyev İran Prezidentini təbrik edib

Siyasət Materials 10 Fevral 2017 18:20 (UTC +04:00)
Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev İran Prezidentini təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ölkələrimiz arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən və ortaq mənəvi dəyərlərimizdən qaynaqlanır. İnanıram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, beynəlxalq və regional qurumlar çərçivəsində əməkdaşlığımızın səmərəli şəkildə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti