...

Plevneliev: Azərbaycan iradəli və etibarlı tərəfdaş ölkə kimi ən yaxşı nümunədir

Siyasət Materials 16 Mart 2017 15:22 (UTC +04:00)
Azərbaycanla Bolqarıstan strateji və etibarlı tərəfdaşdırlar.
Plevneliev: Azərbaycan iradəli və etibarlı tərəfdaş ölkə kimi ən yaxşı nümunədir

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanla Bolqarıstan strateji və etibarlı tərəfdaşdırlar.

Trend-in məlumatına görə, bunu Bolqarstanın keçmiş prezidenti Rosen Plevneliev jurnalistlərə deyib.

O qeyd edib ki, Bolqarıstan Azərbaycanın həyata keçirdiyi layihələri yüksək qiymətləndirir və dəstəkləyir: “Bolqarıstan Cənub Qaz Dəhlizi təşəbbüsünün bir hissəsi olmaqdan məmnundur”.

Keçmiş prezident qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir: “Azərbaycan bizim təhlükəsizliyimizə töhfə verir. Biz etibarlı dostlarıq. Biz Azərbaycanın Bolqarıstan və Avropa üçün etdiklərinə görə çox minnətdarıq. Biz keçmişdə çox layihələr görmüşük. Siyasətçilər çox sözlər veriblər. Yalnız Azərbaycan öz sözünü tutur. Azərbaycan iradəli və etibarlı tərəfdaş ölkə kimi ən yaxşı nümunədir”.

R.Plevneliev bildirib ki, Cənub Qaz Dəhlizi strateji cəhətdən vacib layihədir: “Biz Azərbaycandan 1 milyard kub metr qaz almaqla bağlı SOCAR-la müqavilə imzalamışıq. Bolqarıstan gələcəkdə bu layihədə iştirakını artırmaq niyyətindədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti