...

Deputat: Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün ÜAK-ın ləğvi gündəmə gətirilib

Siyasət Materials 1 Aprel 2017 17:35 (UTC +04:00)
Rusiyada fəaliyyət göstərən Ümumrüsiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi məsələsinin gündəmə gəlməsi yaxşı hal deyil.
Deputat: Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün ÜAK-ın ləğvi gündəmə gətirilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Rusiyada fəaliyyət göstərən Ümumrüsiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi məsələsinin gündəmə gəlməsi yaxşı hal deyil.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev ÜAK-ın ləğvi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

Deputat bildirib ki, dövlət rəsmiləri tərəfindən belə məsələlərə hər zaman yüksək səviyyədə diqqət ayrılır.

B.Əliyev əlavə edib ki, Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədə qurulub:

“Yəqin ki, bu münasibətlərə xələl gətirmək üçün belə bir məsələ gündəmə gətirilib”.

Qeyd edək ki, ÜAK 2001-ci ildə yaradılıb. Rusiyanın Ədliyyə Nazirliyi bu təşkilatın öz fəaliyyətində ölkə qanunvericiliyini pozduğunu əsas gətirərək onun ləğvi məqsədilə Ali Məhkəməyə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti