...

Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Vladimir Putinə müraciət edib (YENİLƏNİB)

Siyasət Materials 16 May 2017 13:14 (UTC +04:00)
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) prezidenti Fazil Qurbanov qurum ətrafında yaranmış məsələyə diqqətlə yanaşması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciət edib
Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Vladimir Putinə müraciət edib (YENİLƏNİB)

Bakı. Elmira Tariverdiyeva - Trend:

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) prezidenti Fazil Qurbanov qurum ətrafında yaranmış məsələyə diqqətlə yanaşması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

Trend-in məlumatına görə, təşkilat Rusiya Ali Məhkəməsinin qərarını qəbul etmədiyini bildirib:

“Ümid edirik ki, Rusiya yüksək məhkəmə instansiyaları bizim müraciətlərimizə və qayğılarımıza anlayışla yanaşacaq”.

Müraciətdə qeyd olunur ki, əvvəlki illərdə təşkilatın fəaliyyətində sənədləşmənin aparılması ilə bağlı səhvlər və texniki xarakterli yanlışlıqlar qeydə alınıb: “Bu qeydlər təşkilatın mərkəzi orqanına şamil edilə bilməz. Biz məhkəmədə bildirmişik ki, yeni rəhbərlik əvvəl buraxılan yanlışlıqların aradan qaldırılması üçün böyük işlər görüb və gələcəkdə bu cür səhvlərin qarşısının alınması üçün kompleks addımlar atılıb”.

F.Qurbanov müraciətində diaspor təşkilatının ləğv olunmasının məqsədəuyğun olmadığını vurğulayıb: “Təşkilatın Rusiya Federasiyasında həyata keçirdiyi böyük və səmərəli işlərin fonunda sənədləşmədəki xırda səhvlərə görə, bir xalqın diaspor təşkilatını ləğv etmək olmaz. Azərbaycan xalqı Rusiya xalqları ilə vahid tarixi-coğrafi məkanda 200 illik birgə yaşayışı müddətində heç vaxt terrorçuluq və ya dövlət əleyhinə fəaliyyətlərdə iştirak etməyib”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti