...

Dövlət Departamenti: ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə aktiv fəaliyyətini davam etdirəcək (ÖZƏL)

Siyasət Materials 18 Sentyabr 2017 17:36 (UTC +04:00)
ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləyir və ATƏT-in Minsk qrupunun həmsədri qismində münaqişə tərəfləri ilə aktiv fəaliyyətini davam etdirəcək.
Dövlət Departamenti: ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə aktiv fəaliyyətini davam etdirəcək (ÖZƏL)

Bakı. Ləman Zeynalova - Trend:

ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləyir və ATƏT-in Minsk qrupunun həmsədri qismində münaqişə tərəfləri ilə aktiv fəaliyyətini davam etdirəcək.

Bunu Trend-ə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi deyib.

Onun sözlərinə görə, ABŞ-ın çoxillik siyasəti onunla ifadə olunur ki, ədalətli həll yolu Helsinki Yekun Aktı, güc tətbiq etməmə və ərazi bütövlüyü prinsiplərini özündə ehtiva edən beynəlxalq hüquqa əsaslanmalıdır: "Amma yekun nəticədə sülhə görə məsuliyyət Ermənistan və Azərbaycan prezidentlərinin üzərinə düşür".

O qeyd edib ki, ABŞ və Azərbaycan arasında təhlükəsizlik, iqtisadiyyat və energetika, demokratiya və idarəetmə kimi aspektlərə əsaslanan güclü tərəfdaşlıq mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti