...

Əli Həsənov: Prezident İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı ermənilərin 200 illik yalanı üzərində böyük qələbə idi

Siyasət Materials 21 Sentyabr 2017 11:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı bütün dünya ermənilərinin 200 illik yalanı üzərində böyük qələbə idi.
Əli Həsənov: Prezident İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı ermənilərin 200 illik yalanı üzərində böyük qələbə idi

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı bütün dünya ermənilərinin 200 illik yalanı üzərində böyük qələbə idi.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filminin təqdimatında deyib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyev BMT Baş Assambleyasında uğurlu çıxışı ilə Ermənistanı ifşa etdi:

"Azərbaycan Prezidenti çıxışında son 25 ildə ölkəmizdə görülən uğurlu işləri sadaladı. Serj Sarkisyan isə özünü ifşa etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti