Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycanla Polşa arasında 10-dan çox sənəd baxılma mərhələsindədir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan polşalı həmkarı Vitold Vaşşikovski ilə birgə mətbuat konfransında deyib.
Nazir indiyədək iki ölkə arasında 41 sənədin imzalandığını xatırladıb: "Hazırda 10-dan çox sənəd baxılma mərhələsindədir".
E.Məmmədyarov bildirib ki, Azərbaycan və Polşa dərin və qədim əlaqələrə malikdir: "İki ölkə NATO, ATƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər".
O, Polşanın Dağlıq Qarabağ münaqişəsi üzrə hər zaman birmənalı mövqe sərgilədiyini, Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib.