...

Prezident İlham Əliyev Avropa İttifaqının nümayəndə heyətini qəbul edib (YENİLƏNİB)

Siyasət Materials 4 Dekabr 2017 12:01 (UTC +04:00)
Prezident İlham Əliyev Avropa İttifaqının nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Avropa İttifaqının nümayəndə heyətini qəbul edib (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 4-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bakıya ilk dəfədir gəldiyini və burada şahidi olduğu inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyən Toivo Klaar Azərbaycan ilə daha yaxından tanış olmaqda maraqlı olduğunu vurğuladı.

Dövlətimizin başçısı Toivo Klaarın Azərbaycana, o cümlədən ölkəmizin regionlarına gələcəkdə də tez-tez səfərlər edəcəyinə ümidvar olduğunu bildirdi və ona fəaliyyətində uğurlar arzuladı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti