...

Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibini qəbul edib (YENİLƏNİB)

Siyasət Materials 5 Dekabr 2017 13:06 (UTC +04:00)
Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibini qəbul edib.
Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibini qəbul edib (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 5-də Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjaonu qəbul edib.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı.

Dövlətimizin başçısı Azərbaycanda XXIII Bakutel-2017 sərgisində dünyanın bir çox ölkələrindən 190-dan artıq şirkətin iştirak etməsindən məmnunluğunu bildirərək, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjaonun Bakutel-2017-də iştirakının sərginin artıq mühüm beynəlxalq tədbirə çevrilməsinin göstəricisi kimi dəyərləndirdi.

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjao XXIII Bakutel-2017 sərgisinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illər rabitə və informasiya-kommunikasiya sahələrində nailiyyətlər əldə olunduğunu qeyd etdi. Qonaq bu səfəri zamanı Azərbaycanda rabitə və informasiya-kommunikasiya sahələrində bir sıra start-ap layihələri ilə tanış olduğunu və bu layihələrin bir hissəsinin reallaşacağına əminliyini bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti