...

Deputat: ING maliyyə holdinqinin analitik məruzəsi ölkənin inkişafı ilə bağlı bəzilərinin şübhəli yanaşmasına son qoydu

Siyasət Materials 7 Dekabr 2017 07:55 (UTC +04:00)
Hollandiyanın ING maliyyə holdinqinin analitik məruzəsi müxalifətin ölkənin inkişafı ilə bağlı daxili və xarici sorğuların nəticələrinə şübhə ilə yanaşmasına son qoydu.
Deputat: ING maliyyə holdinqinin analitik məruzəsi ölkənin inkişafı ilə bağlı bəzilərinin şübhəli yanaşmasına son qoydu

Bakı. Samir Əli - Trend:

Hollandiyanın ING maliyyə holdinqinin analitik məruzəsi müxalifətin ölkənin inkişafı ilə bağlı daxili və xarici sorğuların nəticələrinə şübhə ilə yanaşmasına son qoydu.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Millət vəkili deyib ki, həmin şəxslər aparılan islahatlara inamsızlıqla yanaşırdılar: "Amma Hollandiyanın sorğu mərkəzinin hesabatı məsələnin obyektivliyinə şübhə yeri qoymur. Əgər bu sorğu nəticəsində hakimiyyətə əhalinin 81 faizi, parlamentə 65 faizi, siyasi partiyalara 45 faizinin inandığını üzə çıxırsa, bu hal siyasi partiya rəhbəri kimi məni sevindirir. Hesab edirəm ki, siyasi partiyalar obyektiv və subyektiv cəhətdən həqiqətən cəmiyyətin tam ümid yerinə çevrilə bilməyiblər. 35 faiz cəmiyyətin parlamentə etimad göstərməməsi də təbii haldır. Bu sorğu parlament qarşısında daha böyük məsuliyyət qoyur ki, xalqın etimadını qazanmaq üçün daha çox çalışmalıyıq. Hökumətə olan etimada gəlincə isə, xalq bu hakimiyyətə alternativ qüvvə görmür".

T.Kərimli qeyd edib ki, cəmiyyət hökumətə inanır, etimad göstərir:

"Bu da şübhəsiz ki Prezidentin ölkədə sabitliyin təmin edilməsi sahəsində gördüyü möhtəşəm işlərlə bağlıdır".

Qeyd edək ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Azərbaycan vətəndaşları arasında sorğu aparılıb. Sorğunun nəticələrinə əsasən, rəyi soruşulan Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti