...

Milli Məclisin sədri İrana dəvət olunub

Siyasət Materials 30 Dekabr 2017 12:30 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov İslam Parlamentlərarası İttifaqının Tehranda keçiriləcək növbədənkənar iclasında iştirak etmək üçün dəvət olunub
Milli Məclisin sədri İrana dəvət olunub

Bakı. Trend:

Milli Məclisin sədri Oqtay Əsədov İslam Parlamentlərarası İttifaqının Tehranda keçiriləcək növbədənkənar iclasında iştirak etmək üçün İrana dəvət olunub.

Trend bu barədə IRNA agentliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, İranın Azərbaycandakı səfiri Cavad Cahangir-zadə O.Əsədovla görüşü zamanı ona İran parlamentin spikeri Əli Laricaninin dəvətnaməsini təqdim edib.

İslam Parlamentlərarası İttifaqının iclası 2018-ci il yanvarın 15-də keçiriləcək. İclas zamanı Fələstinlə bağlı son hadisələrin müzakirəsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti