...

Azərbaycanda prezident seçkilərini müşahidə edəcək MDB missiyasının səfər tarixi məlum oldu

Siyasət Materials 19 Fevral 2018 14:09 (UTC +04:00)
Azərbaycanda prezident seçkilərini müşahidə edəcək MDB missiyasının səfər tarixi məlum oldu.
Azərbaycanda prezident seçkilərini müşahidə edəcək MDB missiyasının səfər tarixi məlum oldu

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar martın 20-də Müstəqil Dövlətlər Birliyinin (MDB) uzunmüddətli müşahidə missiyasının ölkəyə gəlişi gözlənilir.

Bu barədə Trend-ə təşkilatdan məlumat verilib.

Qısamüddətli müşahidə missiyasının isə seçkilərə 3-5 gün qalmış Azərbaycana gəlməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Seçkiqabağı təşviqat kampaniyası martın 19-u başlayıb aprelin 10-u saat 08:00-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti