Bakı. Elçin Mehdiyev - Trend:
Müstəqil Dövlətlər Birliyi (MDB) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbərini təyin edib.
Trend-in məlumatına görə, MDB ölkələri Daimi Nümayəndəlikləri Şurasının bu gün Minskdə keçirilən iclasında vəzifəyə MDB-nin icraçı katibi Sergey Lebedev təyin edilib.
Qeyd edək ki, MDB-nin uzunmüddətli müşahidə missiyası mart 20-də Azərbaycana gələcək.
Qısamüddətli müşahidə missiyasının isə seçkilərə bir neçə gün qalmış Azərbaycana gəlməsi planlaşdırılır.
Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.