Bakı. Trend:
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin qrupunun genişləndirilməsi Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinqlərin keçirilməsi tezliyini artırmağa imkan yaradacaq.
Trend-in məlumatına görə, bunu Ermənistan KİV-lərinə müsahibədə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik deyib.
O həmçinin əlavə edib ki, bu addım ön xətdə gərginliyin azaldılmasına və sabitliyin artırılmasına kömək edəcək etimadın yüksəldilməsi üzrə tədbir qismində nəzərdən keçirilə bilər.
A.Kaspşik deyib: "Mən ön xəttdə gərginliyi və qurbanların sayını azaldan istənilən addımı dəstəkləyirəm".