...

Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 25 Fevral 2018 17:57
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 25-də Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)  (YENİLƏNİB)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 25-də Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapiro Azərbaycanda yəhudi icmasının nümayəndələri üçün çox yaxşı şəraitin yaradıldığını qeyd edərək, bunun digər ölkələrə də nümunə olduğunu vurğuladı.

Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti ilə görüşlərin ənənəvi xarakter daşıdığını bildirən Prezident İlham Əliyev bu görüşlərin səmərəli olduğunu qeyd etdi. Dövlətimizin başçısı ölkəmizdə digər xalqların və icmaların nümayəndələri kimi yəhudi icmasının nümayəndələrinin də azad və firavanlıq şəraitində yaşaması üçün hər cür şəraitin təmin edildiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, yəhudi icmasının nümayəndələri Azərbaycan cəmiyyətinin fəal üzvləridirlər, öz ənənələrinə sadiqdirlər və ölkəmizin inkişafı, eləcə də Azərbaycan həqiqətlərinin dünyada yayılması işinə öz töhfələrini verirlər. Dövlətimizin başçısı bu gün Azərbaycanda multikulturalizmin və tolerantlığın hökm sürdüyünü və bu mühitin ölkəmizdə yaşayış norması olduğunu vurğuladı.

Söhbət zamanı Azərbaycan-ABŞ və Azərbaycan-İsrail əlaqələrinin inkişafından razılıq ifadə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti