...

Balkan ölkələri missiyasından müşahidəçi: Azərbaycandakı prezident seçkiləri beynəlxalq norma və standartlara uyğun keçir

Siyasət Materials 11 Aprel 2018 11:41 (UTC +04:00)
Azərbaycandakı prezident seçkiləri beynəlxalq norma və standartlara uyğun keçir.
Balkan ölkələri missiyasından müşahidəçi: Azərbaycandakı prezident seçkiləri beynəlxalq norma və standartlara uyğun keçir

Bakı. Əli Mustafayev - Trend:

Azərbaycandakı prezident seçkiləri beynəlxalq norma və standartlara uyğun keçir.

Bunu Trend-ə Balkan ölkələri missiyasından müşahidəçi Narmina Kapitanoviç deyib.

O, missiyanın bir neçə məntəqədə olduqlarını deyib:

“Biz şəffaf səsvermə prosesinin şahidi olmuşuq. Məntəqələrin əməkdaşları dəqiq və dürüst iş görüb”.

N.Kapitanoviç qeyd edib ki, Balkan müşahidə missiyasının nümayəndələri olduqları məntəqələrdə xarici müşahidəçilərin narazılıqlarını görməyib: “Seçki məntəqələrində və onlardan kənarda təbliğat materialları mövcud deyil. Biz heç bir pozuntu görməmişik və ümumilikdə deyə bilərəm ki, prezident seçkiləri yüksək səviyyədə təşkil olunub, şəffaf və əhalinin yüksək fəallığı ilə keçir”.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 10:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 18,71 faizi, yəni 994 196 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti