...

ABŞ-dakı diaspor təşkilatı Helsinki Komissiyasının açıqlaması ilə bağlı bəyanat yayıb

Siyasət Materials 11 May 2018 14:37 (UTC +04:00)
Azərbaycan-ABŞ Mədəniyyət Mərkəzi ABŞ-ın Helsinki Komissiyasının Azərbaycanda keçirilmiş Prezident seçkiləri ilə əlaqədar açıqlaması ilə bağlı bəyanat yayıb.
ABŞ-dakı diaspor təşkilatı Helsinki Komissiyasının açıqlaması ilə bağlı bəyanat yayıb

Bakı. Trend:

Azərbaycan-ABŞ Mədəniyyət Mərkəzi ABŞ-ın Helsinki Komissiyasının Azərbaycanda keçirilmiş Prezident seçkiləri ilə əlaqədar açıqlaması ilə bağlı bəyanat yayıb. Bəyanat ABŞ Konqresinə göndərilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bəyanatda Komissiyanın Azərbaycanla bağlı açıqlamasının regionda təhlükəsizliyə təhdid yaratdığı qeyd edilib. Bildirilib ki, digər ölkələrlə müqayisədə, Azərbaycanda siyasi məhbus yoxdur, Azərbaycan vətəndaşlarının 70 faizdən çoxu internet istifadəçisidir və Azərbaycanda internet azaddır.

Bəyanatda o da bildirilib ki, müasir dövrdə regionda çətin geosiyasi məkanda yerləşərək sabitlik və təhlükəsizlik ünvanı olan Azərbaycan dövləti öz xalqının iradəsi əsasında müstəqil siyasət yürüdür. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün istiqamətlər üzrə sürətli inkişaf gedir. Azərbaycanda qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması və mətbuat azadlığı tam şəkildə təmin olunub”, - deyə bəyanatda bildirilib.

“Azərbaycan və ABŞ arasında ortaq dəyərlər və maraqlara əsaslanan strateji tərəfdaşlıq əlaqələri mövcuddur. ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin Prezident seçilməsi ilə əlaqədar ünvanlandığı təbrik məktubu Azərbaycanın ABŞ üçün dəyərli tərəfdaş olduğunun göstəricisidir. Azərbaycanla ABŞ terrorizmə qarşı birgə mübarizə apararaq, qlobal təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlıq edir. Biz Azərbaycanın dövlət başçısı İlham Əliyevi dəstəkləyir, Azərbaycan xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətində uğurlar arzulayırıq”, - deyə bəyanatın sonunda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti