Prezident İlham Əliyev: Yeni Bakı limanı Azərbaycanın nəqliyyat potensialının möhkəmləndirilməsində önəmli rol oynayacaq (YENİLƏNİB)

Prezident İlham Əliyev: Yeni Bakı limanı Azərbaycanın nəqliyyat potensialının möhkəmləndirilməsində önəmli rol oynayacaq (YENİLƏNİB)

Bakı. Trend:

Yeni Bakı limanı Azərbaycanın nəqliyyat potensialının möhkəmləndirilməsində önəmli rol oynayacaq.

Trend-in məlumatına görə, bunu Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev limanın əməkdaşları və inşaat şirkətlərinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilir. Bu gözəl hadisə münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əminəm ki, yeni Bakı Limanı ölkəmizin nəqliyyat potensialının möhkəmləndirilməsində önəmli rol oynayacaqdır.

Mən bir neçə il bundan əvvəl limanın tikintisi ilə bağlı qərar qəbul etmişəm. Bilirdim, görürdüm ki, Azərbaycanın çox böyük nəqliyyat və tranzit potensialı olacaqdır, ölkəmiz sürətlə inkişaf edəcəkdir. Belə bir qərarın qəbul edilməsi bir daha göstərdi ki, bizim siyasətimiz uzaqgörən siyasətdir, düşünülmüş siyasətdir.

Tikinti işləri başlamışdı və biz bu tikinti işlərini mərhələlərə böldük. 2014-cü ildə bərə terminalı, bu ilin əvvəlində isə Ro-Ro terminalı istifadəyə verildi, bu gün isə liman tam fəaliyyətə hazırdır. On beş milyon ton yükaşırma, o cümlədən 100 min konteyner yükaşırma qabiliyyəti olan liman bizim nəqliyyat infrastrukturumuzun möhkəmlənməsində əlbəttə ki, önəmli rol oynayacaqdır. Bundan sonrakı mərhələ yükaşırma qabiliyyətini 25 milyon tona çatdırmağa hesablanıb. Bax, burada yerlər də hazırdır. Bu gün təqdimatda, o cümlədən limanın genişləndirmə işləri ilə bağlı planlar da məruzə edilmişdir və konteynerlərin həcmi ildə 500 min ədədə hesablanıb".

İlham Əliyev bildirib ki, limanın inşasında yerli və xarici mütəxəssislər, işçilər iştirak ediblər: "Mən gördükləri işlərə görə onlara minnətdarlığımı bildirmək istəyirəm. Limanın tikintisi ilə bağlı işlərə mən şəxsən nəzarət etmişəm. Şadam ki, bu gün burada ən yüksək standartlar tətbiq olunur, bütün avadanlıq, lazım olan texniki vasitələr, ən müasir kranlar alınıb quraşdırılıb. Beləliklə, biz Azərbaycanda çox güclü nəqliyyat-logistika mərkəzini yaratdıq.

Ələtin seçilməsi də təsadüfi deyildi. Çünki mövcud Bakı Dəniz Limanı bizim tələbatımıza artıq uyğun deyil, şəhərin mərkəzində yerləşir və artan yükləri qəbul etmək imkanları çox məhduddur. Ələt isə coğrafi baxımdan çox əlverişli bir yerdir və həm Qərb, həm Cənub istiqamətinə buradan açılan yollar, o cümlədən avtomobil, dəmir yolları əlbəttə ki, bu yerin seçilməsində əsas rol oynamışdır. Əlbəttə ki, Ələt qəsəbəsinin də inkişafı böyük dərəcədə burada yaradılan logistika və nəqliyyat infrastrukturu ilə bağlı olacaq. Əlavə etsək ki, biz yaxın gələcəkdə Ələt Azad İqtisadi Zonasının yaradılmasına başlayacağıq, deməyə tam əsas var ki, Bakı şəhərinin bu ərazisi gələcəkdə çox sürətlə inkişaf edəcək, çoxsaylı iş yerləri yaradılacaq. Beləliklə, Ələt ölkəmizin iqtisadi nəqliyyat potensialının inkişafında əlbəttə ki, önəmli yer tutacaqdır.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi deməyə əsas verir ki, biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik. Bu günə qədər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Xəzərdə bizim ən böyük donanmamız, 260-dan çox gəmimiz var. Mənə verilən məlumata görə, son bir neçə il ərzində əlavə 18 gəmi alınmışdır. Mənim təşəbbüsümlə Bakıda gəmiqayırma zavodu tikilmişdir. Biz bütün növ gəmiləri istehsal edə bilərik, istehsal edirik və beləliklə, xarici tərəfdaşlardan asılılığı aradan qaldırmışıq".

Prezident vurğulayıb ki, son 15 il ərzində ölkəmizdə 15 min kilometr avtomobil yolu salınmışdır: "Bizim bütün qonşu dövlətlərlə sərhədimizə qədər gedən yollar istifadəyə verilib, şəhərlərarası, kənd yolları, yəni, bu infrastruktur da yaradılıb. Bu illər ərzində 7 aeroport tikilibdir. Onlardan 6-sı beynəlxalq aeroportdur. Azərbaycanın ən müasir təyyarə parkı var. Heydər Əliyev Beynəlxalq Aeroportu bu yaxınlarda beşulduzlu statusu alıbdır. Məlumat üçün demək istərdim ki, dünyada cəmi 9 aeroportun beşulduzlu statusu var, onlardan biri Heydər Əliyev Aeroportudur.

Biz dəmir yolu infrastrukturumuzu müasirləşdiririk, mövcud dəmir yolu xətlərini təzələyirik, yeni dəmir yolu xətləri çəkilir ki, sürət artsın. Lokomotivlər, vaqonlar alınır. Bakı-Tbilisi-Qars dəmir yolu keçən ilin oktyabr ayında bax, bu ərazidə istifadəyə verilmişdir. Bu, tarixi layihə idi. Azərbaycan bu layihənin təşəbbüskarı idi və bu layihənin həyata keçirilməsi üçün böyük vəsait ayırmışdır. Biz Bakını Avropaya dəmir yolu xətti ilə birləşdirdik. Əslində Asiyanı Avropa ilə birləşdirən Azərbaycan olmuşdur. Bu nəqliyyat dəhlizi uzun illər bundan sonra bizə böyük gəlirlər gətirəcək, xalqımıza böyük fayda verəcəkdir".

Dövlət başçısı deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir. Bu layihənin uğurla icra edilməsi nəticəsində Azərbaycan bu bölgədə öz mövqeyini daha da gücləndirəcəkdir:

"Biz hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq və öz ərazimizdə bütün lazımi işləri başa çatdırdıq. Beləliklə, həm Şimaldan Cənuba, həm Şərqdən Qərbə gedən yollar Azərbaycan ərazisindən keçir və keçəcəkdir. Şimal-Cənub nəqliyyat dəhlizinin tam başa çatması üçün biz əlavə vəsait ayırdıq və əminəm ki, yaxın bir neçə il ərzində bu dəmir yolu tam istifadəyə veriləcəkdir. Beləliklə, Avrasiya məkanında açıq dənizlərə çıxışı olmayan Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevriləcək. Artıq biz bunu görürük və biz bu funksiyanı artıq yerinə yetiririk.

Fikirləşmək olardı ki, biz artıq bununla işimizi başa çatmış hesab edə bilərik. Ancaq biz gələcəyə baxmalıyıq və baxırıq. Hazırda Cənub-Qərb nəqliyyat dəhlizinin işə salınması ilə məşğuluq. Bu da çox önəmli nəqliyyat dəhlizidir və mənə verilən məlumata görə, birinci sınaq qatarı artıq bu yolla hərəkət edib. Beləliklə, biz böyük nəqliyyat infrastrukturu yaratmaqla Azərbaycanın geosiyasi, geoiqtisadi önəmini qat-qat artırmış oluruq. Eyni zamanda, bu layihələr beynəlxalq əməkdaşlığı genişləndirir, gücləndirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində iştirak edən ölkələrin sayına, onların gücünə baxsaq, görərik ki, bu, doğrudan da genişmiqyaslı beynəlxalq əməkdaşlıq formatıdır. Şərq-Qərb nəqliyyat dəhlizi Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və ondan sonra Avropa ölkələrini birləşdirir. Şimal-Cənub nəqliyyat dəhlizi Pakistan, Hindistan, İran, Azərbaycan, Rusiya, Şimali Avropa ölkələrini birləşdirir. Cənub-Qərb dəhlizi isə daha geniş formatda ölkələri birləşdirir. Bütün bu layihələrdə iştirak edən ölkə Azərbaycandır. Biz bu layihələrin həyata keçirilməsi üçün çox böyük səylər qoyduq, çox böyük siyasi addımlar atıldı. Yəni, bu layihələrin həyata keçirilməsi üçün məqsədyönlü, düşünülmüş şəkildə işlədik, çalışdıq. Nəhayət, bunun nəticəsini görürük.

Bir daha demək istəyirəm ki, bu layihələrin həyata keçirilməsi təkcə bizə iqtisadi mənfəət gətirməyəcək. Halbuki biz nəqliyyat potensialımızdan çox böyük səmərə ilə istifadə edərək, öz iqtisadi vəziyyətimizi daha da yaxşılaşdıracağıq. Bu layihələr Azərbaycanın geosiyasi önəmini böyük dərəcədə artırır. Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkə kimi öz fəaliyyətini davam etdirəcək. Onsuz da dünyada bizə böyük hörmət, rəğbət var. Azərbaycan çox etibarlı tərəfdaş, çox qabiliyyətli ölkə kimi tanınır. Bizim artan iqtisadi gücümüz imkan verir ki, belə tarixi layihələri icra edək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən önəmli layihələrdən biridir və bu gün bizim tariximizdə yaddaqalan və önəmli gün kimi qalacaqdır.

Mən bu limanın tikintisində iştirak edən bütün yoldaşları bir daha salamlayıram, onlara təşəkkürümü bildirirəm. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Bu gözəl hadisə münasibətilə sizi və bütün Azərbaycan xalqını bir daha təbrik edirəm. Sağ olun".

Mərkəzi Bank gələn il Azərbaycanda inflyasiyanı 3,6-4 faiz səviyyəsində proqnozlaşdırır
Mərkəzi Bank gələn il Azərbaycanda inflyasiyanı 3,6-4 faiz səviyyəsində proqnozlaşdırır
Yaponiya səfiri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub (FOTO)
Yaponiya səfiri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub (FOTO)
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Loading Bars
Xəbər lenti
Yeni fərman düşmənə mesajdır: Bu torpaqlardan gözünüzü çəkin
Mərkəzi Bank gələn il Azərbaycanda inflyasiyanı 3,6-4 faiz səviyyəsində proqnozlaşdırır
"Amnesty International" və "Human Rights Watch"un qərarları Ermənistanın müharibə qaydalarını pozduğunu bir daha təsdiqlədi - Hüquqşünas
Rusiyada bir gündə 18 mindən çox yoluxma qeydə alındı
Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - MN
Tikinti layihələrinin ekoloji qiymətləndirilməsi üçün ictimai dinləmə keçiriləcək
Yaponiya səfiri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub (FOTO)
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Nazir şagirdlərə planşet paylanılması xəbərlərindən danışdı
Putin çıxışı ilə Ermənistanın istəyini darmadağın etdi - Deputat
Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədrinə məktub ünvanlayıb
Məktəbəqədər qrup və bağçalarda təlim-tədrisin bərpası mümkün deyil - Nazir
AŞ PA-nın komitə sədri: Bərdəyə zərbələrin endirilməsi, insanların həlak olması fəlakətdir
Nazirlik tədris kurslarının fəaliyyətinə aydınlıq gətirib
Şagirdlərin yerdəyişməsi prosesi nə zaman bərpa olunacaq? - AÇIQLAMA
Bu dərs ilində də şagirdlərin naliyyətlərinin qiymətləndirilməsi həyata keçiriləcək - RƏSMİ
İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan iqtisadiyyatına nə vəd edir? - Təhlil
Tədris ilinin müddətinin azaldılması nəzərdə tutulmur - Nazirlik
Rusiyada güclü vulkan püskürməsi olub
İndiki vəziyyətdə ən düzgün yol distant təhsildir - Emin Əmrullayev
Azərbaycan tərəfinin hücum cəhdi olmayıb - MN
Ermənistanda koronavirusdan ölənlərin sayı 1 300-ə çatıb
Bu platformalar VPN-siz işləməlidir - Nazir
Erməni təxribatı nəticəsində 9 şagird ölüb, 50-ə yaxın məktəb yararsız hala düşüb - Emin Əmrullayev
Düşmənin atıb qaçdığı hərbi texnikalar təmir edilərək istifadə olunur (VİDEO)
Ermənistan artıq bu gün öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır - Fuad Muradov
Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror aktları törədib - FHN
Azərbaycanda 18 yaşadək nikaha daxil olanların sayı artıb
Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib - MN
Bərdəni atəşə tutan "Smerç" məhv edilib (VİDEO)
Paytaxtda koronavirusla bağlı reydlər keçirilir (FOTO)
"Human Rights Watch" Bərdəyə kasetli döyüş sursatları atıldığını təsdiqləyib (ƏLAVƏ OLUNUB)
Bərdədəki terrorla bağlı dünya ölkələrinin konstitusiya məhkəmələrinə müraciət edildi
Oktyabrın 30-da xarici valyutaların manata qarşı məzənnələri
Qırğızıstanda Bərdə və Gəncədəki erməni terrorları pislənilib (FOTO)
Ceyhun Bayramov Cenevrədə işçi səfərdədir
Xalq-dövlət-ordu birliyinin qüvvətli şəkildə təzahürü bizi böyük qələbəyə daha da yaxınlaşdırır - Sosioloq
Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
Döyüşlər əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib - MN
MN cəbhədəki son vəziyyəti açıqlayıb
İsrail Nazirlər Kabineti fövqəladə vəziyyəti 3 yanvar tarixinə qədər uzadıb
ÜST dünyada sutkada 479 mindən çox koronavirus yoluxma faktını qeydə alıb
Moskvada koronavirusdan daha 69 nəfər ölüb
ABŞ-da "Dzeta" qasırğasında ölənlərin sayı altı nəfərə çatıb
Türkiyədə koronavirusdan sağalanların sayı 320 mini keçib
ANAMA cəbhəboyu ərazilərdə top mərmisi, raketlər, tank əleyhinə minaları aşkar edib (FOTO)
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
Avropa Liqası: "Qarabağ" qrup mərhələsində növbəti matçını keçirib
Ədliyyə Nazirliyinin rəsmi saytından “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılıb
Bərdə şəhərində raket zərbələri yaşayış evlərinə endirilib - "VİCE news"-un müxbiri (VİDEO)
“VICE News” kanalı da Bərdəyə kasetli raketlər atıldığını təsdiqləyib
Ceyhun Bayramovun türkiyəli həmkarı ilə telefon danışığı olub
Heydər Əliyev Mərkəzinin binası və Bakı Olimpiya Stadionunun üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunub (FOTO.VİDEO)
Azərbaycan Ermənistanın 30 hərbçisinin meyitini Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfə təhvil verib
Düşmənin qüvvə və vasitələri məhv edilib (VİDEO)
Dərslər 2 noyabrdan distant formada keçiriləcək - Rəsmi
Meyitləri əməliyyat sahəsində ermənilərə vermək təhlükəlidir - Hərbi ekspert
"Amnesty International" Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqlədi (FOTO)
Hərbiyə aparsalar, gedib özüm qisasımı alardım, amma 16 yaşım var - Erməni raketinin qurbanı danışır (FOTO)
Bərdənin qisası alınır: Dinc əhalimizi atəşə tutan düşmən bölmələri Ordumuz tərəfindən darmadağın edilir (VİDEO)
Ermənilərin növbəti yalanı belə ifşa edildi - FOTOFAKT
Goranboyda Ermənistanın raket atəşi nəticəsində dağılan evdən görüntülər (FOTO)
GUAM Ermənistanın Azərbaycan şəhərlərini raket atəşinə tutmasını kəskin şəkildə qınayıb
Dağlıq Qarabağın yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - MN
Özbəkistanın qadın şairləri Prezident İlham Əliyevə məktub ünvanlayıb
Prezidentə yazırlar: Ədalət mübarizənizdə canımızla, qanımızla Sizin yanınızdayıq
Bərdəyə hücum Ermənistanı qınamayan beynəlxalq təşkilatların da ortaq olduğu cinayətdir - Hikmət Babaoğlu
DİN ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə müraciət edib
Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb - Anar Eyvazov
Ölkəmizdə pandemiyanın yeni dalğası müşahidə edilir - Mütəxəssisdən XƏBƏRDARLIQ
Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli tənzimlənməsi ilə bağlı müzakirələr daim davam edir - ATƏT (ÖZƏL)
Cəsədlərin Ermənistana təhvil verilməsi prosesi zamanı insident baş verməyib - Dövlət Komissiyası
"Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də dəyişiklik edilib
AZƏRTAC-ın bir sıra əməkdaşlarına xidməti pasport veriləcək
Hərbi vəziyyət rejiminə və komendant saatı qaydalarına əməl edək! - DİN-dən çağırış
Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib (FOTO)
Cəsədlərin təhvili ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə koordinasiya şəraitində həyata keçirilib - BQXK
Avstriyadakı Azərbaycan evində Bərdə və Gəncədəki terror aktları hiddətlə pislənilib
Ceyhun Bayramov Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə münasibət bildirib
Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında Qanun təsdiqləndi
MDB dövlətlərinin gömrük orqanlarının qarşılıqlı fəaliyyəti barədə Saziş təsdiqləndi
Babək qəsəbəsinə şəhər statusu verildi
Dağlıq Qarabağ münaqişəsinin sadə həlli mövcud deyil - Putin
Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir – SƏRƏNCAM
Türkiyə və Azərbaycana düşmənçilikdən dünya çox şey itirər - Yalçın Topçu TREND BİA-nın “Bakı-İstanbul” telekörpü layihəsində (FOTO/VİDEO)
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmə yaradılır - FƏRMAN
Azərbaycanın Kubada Səfirliyi təsis edilir
Rusiya Dağlıq Qarabağda gərginliyin tezliklə azaldılmasına nail olmaq üçün ciddi səy göstərir - Zaxarova
Düşmən Goranboy, Tərtər və Bərdə rayonlarını artilleriya atəşinə tutur
Ermənistanın atəşi ilə Göygöldə baş verən meşə yanğını söndürüldü
Sahibə Qafarova Cümhuriyyət Günü münasibətilə türkiyəli həmkarını təbrik edib
Paşinyanın populist vədləri Azərbaycan Ordusunun zərbələri altında puç olub getdi - Ekspert
Baş Prokurorluq bu gün Goranboyda həlak olan dinc sakinlə bağlı məlumat yaydı
Hər keçən gün Ermənistanı bir o qədər də uçuruma yaxınlaşdırır - Deputat
Fransada fəaliyyət göstərən COJEP beynəlxalq təşkilatı Ermənistanın mülki vətəndaşları öldürməsi ilə bağlı hesabat hazırlayıb
Ombudsmanın Bərdədə faktaraşdırıcı missiyasının fəaliyyətinə dair video hazırlanıb
Oktyabrın 30-da manatın dollara qarşı məzənnəsi
“Şəxsi gigiyena qaydaları” şagirdlərə 1-ci sinifdən bir fənn kimi keçirilsin - TƏKLİF
Ermənistanın atəşi nəticəsində daha bir dinc sakin həlak oldu
Bütün xəbərlər